Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: "Bu birliyə bundan sonra daha çox cəhd etməliyik"

"Elə edilməlidir ki, xalqla prezidentin böyük bir gücü, vəhdəti yaradılsın"...

Ali Baş Komandan öz iradəsi, qətiyyəti və rəşadətli ordumuzun gücü ilə son 30 ildə işğal altında qalan tarixi Qarabağ torpaqlarımızı vandal ermənilərin əsarətindən azad etdi. Sərhədlərimiz bütövləşdi. Bu gün Azərbaycan dövləti, xalqı özünün tarixi torpaqlarının müqəddəratı, millətinin öz dədə-baba torpaqlarına qayıdışı haqqında düşünür və bu, Prezident səviyyəsində də dəfələrlə vurğulanır. Prezidentin KəlbəcərLaçına səfərləri zamanı etdiyi çıxışlar və sərgilədiyi qətiyyət bir daha dünyaya verilmiş ən kəsərli mesajlar kimi təhlil olunur.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Versus.az-a açıqlamasında bildirib ki, Prezidentin Kəlbəcərə və Laçına getməsi çox böyük tarixi hadisədir.

“İşğal olunmuş Azərbaycan toropaqlarının azad olunmasında Ali Baş Komandanın çox böyük xidmətləri var və onun adı tarixdə qalacaq. Bu səfər eyni zamanda bizim düşmənlərə çox ciddi bir mesaj oldu. Ali Baş Komandan sülhməramlılara da açıq şəkildə öz sözünü dedi. Torpaqlarımızın bundan sonra heç vaxt erməni işğalı altında qalmaması, kimlərinsə boş xülyalara qapılması kimi fikirlər onların havadarlarına qarşı da çox önəmli mesajlar oldu. Ona görə də hesab edirəm ki, prezidentin bu son çıxışları da yüksək qiymətləndirilməlidir. Elə edilməlidir ki, xalqla prezidentin böyük bir gücü, vəhdəti yaradılsın”.

H.Hacıyev bildirib ki, belə olduqda daha çox uğur qazanmaq olar:

"Harda milli birlik var, harda xalqla dövlət arasında vətəndaş birliyi var, inam var orda böyük uğurlar olur. 44 günlük müharibədə xalqla dövlət başçısı bir yerdə oldu. Torpaqlarımız işğaldan azad edildi. Bu birliyə bundan sonra daha çox cəhd etmək lazımdır”.

H.Hacıyevin sözlərinə görə, bu gün müəyyən qüvvələr var ki, ölkə içərisində böyük xaos yaratmağa can atırlar. Onun fikrincə hətta bu xaosun yaradılması hakimiyyətin daxilində olan bəzi qüvvələrin marağındadır:

“Hansısa qüvvələr hər gün sərhəddə atışmaların olmasında maraqlıdırlar. Çalışırlar ki, ermənilərin silahlı hücumları fonunda xalqda bir ruh düşkünlüyü yaratsınlar. Elə bir fikir yaratmaq istəyirlər ki, heç bir qələbə olmayıb. Bunu da edən Azərbaycan hakimiyyətinin daxilində olan müəyyən ünsürlərdir. Biz onlara niyyətlərinə çatmağa imkan verməyəcəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Ən çox oxunanalar